İmişlidə çay evində yanğın olub

29 İyul 2021 08:53

İmişli rayonunda çay evində yanğın baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli çay evinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü, yaxınlıqda ümumi sahəsi 60 m² olan köməkçi tikilinin çardağı yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az