"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

28 İyul 2021 22:52

Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının "Neftçi" klubu Yunanıstan çempionu "Olimpiakos"la cavab oyununu keçirdi.
 
Milli.Az bildirir ki, səfərdə 0:1 hesabı ilə uduzan "Neftçi", evdə də eyni nəticəni göstərdi.
 
Beləliklə "Neftçi" uduzaraq yoluna Avropa Liqasında davam edəcək. Azərbaycan çempionu Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.
 
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul
 
Neftçi - Olimpiakos 0:1
Qol: G.Masuras, 15.
Baş hakim: Rikardo de Burqos (İspaniya)
İlk oyun - 0:1
 
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov, 29. Samir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
 
Olimpiakos: 88. Kostas Tsolakis, 3. Ruben Semedo, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Georgos Masuras, 24. Usseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matye Valbuena (k), 66. Pape Abu Sisse. 90. Vasilis Surlis.
Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 44. İlias Karagiris, 11. Yussef Əl-Arabi, 12. Alqassime Ba, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 34. Avraam Papadopulos, 53. Nikitas Nikolis, 55. Xristos Liatsos, 97. Lazar Randeloviç.
Baş məşqçi: Pedro Martins.

Milli.Az