Qəbiristanlıqda QALMAQAL: Hitlerə bənzədiyi üçün dağıdıldı

28 İyul 2021 21:20

Almaniyanın Veil im Şönbux bölgəsində maraqlı hadisə baş verib. Əyalət sakini 51 yaşlı Oliver E. 2013-cü ildə dünyasını dəyişən atası Evaldın məzarının üzərində qəbirüstü heykəl ucaltmaq istəyib. Amma bəzi şəxslərin qəzəbinə tuş gəlib.

Milli.Az xəbər verir ki, taxta heykəllə bağlı bələdiyyə sədri Volfanq Laha şikayət edənlərin sayı artıb. Ardınca isə heykəl dağıdılıb.

Əyalət sakinləri heykəlin Hitlerə bənzədiyini iddia edərək onun götürülməsini tələb ediblər. Üzərində "88" yazısı olan heykəlin Hitlerin məşhur salam ritualını simgələdiyi iddia olunub.

Halbuki, 2013-cü ildə dünyasını dəyişən Evald futbolçu olub və 88 nömrəli forma geyindiyi üçün oğlu da heykələ bu rəqəmi həkk etdirib. (publika.az)

Milli.Az