İki dəfə koronavirusa yoluxan qadın özünü öldürdü

28 İyul 2021 18:36

Yeni Moskvanın Oznobişino kəndində iki dəfə koronavirusa yoluxan 81 yaşlı qadın intihar edib.

Milli.Azın lent.az-a istinadla verdiyi xəbərə görə, qadının meyiti iyulun 27-də aşkar olunub.

Qızının sözlərinə görə, anası iki dəfə korionavirusa yoluxduğundan vəziyyəti ağırlaşıb və bundan sonra 2 dəfə intihara cəhd edibmiş.

İyulun 19-da isə Novosibirskdəki xəstəxanalardan birində koronavirusa yoluxan 73 yaşlı kişi özünü öldürüb.

Milli.Az