Çinli üzgüçü bir saatda iki qızıl medal qazandı - FOTO

29 İyul 2021 21:56

Tokio-2020 Yay Olimpiya Oyunlarında çinli Çjan Yuyfey üzgüçülükdə bir saat ərzində iki qızıl medal qazanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 23 yaşlı atlet 200 metrlik "butterfly" finalında qalib gəldikdən bir saat sonra 4x200 metr sərbəst estafetində qızıl qazanıb.

Bundan başqa Yuyfey Tokioda 100 m "butterfly" məsafəsində gümüş medal qazanıb.

Qeyd edək ki, Çin Tokio Oyunlarının medal sıralamasında liderdir.

Milli.Az