Bill Qeyts Bodrumda yeməyə 80 min ödədi

28 İyul 2021 18:06

İstirahətə yollanan "Microsoft" şirkətinin sahibi Bill Qeytsin lüks yaxtası Bodrumda sahilə yan alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, dostları ilə birlikdə məşhur otellərdən birinin restoranında yemək yeyən Qeyts 80 min lirə (təqribən 15,879 azn) hesab ödəyib.

Səfərini gizli saxlayan məşhur iş adamı şam yeməyindən sonra qayığı ilə Türkiyəni tərk edib.

Milli.Az