"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq

28 İyul 2021 15:56

Neftçi" Uefa Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşünə hazırlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Samir Abasovun komandası Yunanıstanda 0:1 hesabilə uduzduğu "Olimpiakos"u bu dəfə "Bakcell Arena"da qəbul edəcək.

Xatırladaq ki, "Neftçi"nin heyətində Namiq Ələsgərov zədə, Mert Çelik isə qırmızı vərəqəylə cəzalandığına görə meydana çıxa bilməyəcək. Baş məşqçi Samir Abasov görüşdən əvvəl media nümayəndələri önünə çıacaq yaxşı oyunla qələbə qazanmaq istədiklərini deyib.

Bakı vaxtilə 21:00-da başlanan "Neftçi" - "Olimpiakos" görüşündə Rikardo De Burqo Benqoeçeanın rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası ədaləti qoruyacaq.

Milli.Az