“Bəzi müğənnilər Şəbnəm Tovuzlunun qırıntılarıdır”

28 İyul 2021 17:44

Meyxanaçı Tərlan Novxanı ilə müğənni Vəfa Şərifovanın "sözü çəp gəlib". Buna səbəb meyxana ustasının "Heç vaxt, heç yerdə"  proqramında "Bəzi müğənnilər Şəbnəm Tovuzlunun qırıntılarıdır" açıqlaması olub.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, V.Şərifova hiddətlənərək bu sözləri deyib:

"Tərlanın gözündə kimsə şedevr ola bilər. O da birgə duetləri olduğu üçün. Amma elə müğənnilərimiz var ki, ən kasıb insan da onun yerində olmaq istəməz.  Nəinki hansısa müğənni onun yerində olmaq istəsin... Kənardan bəzi müğənnilər elə çirkab içində, bərbad görünürlər. Murdarlıqlar edirlər, məsəl var ki, başını kola soxub, elə bilir heç kim görmür. Amma, hamı bilir. Yeni çıxanlar kiminsə qırıntısıdırsa, deməli şedevr də odur. Bunu mənə də desə, qəbul etməzdim. Düşüncə tərzi yanlışdır. Məsələn, Aqşin Fatehlə indi münasibətimiz yaxşı deyil. Yenə də söylədim ki, onu uşaqlıqdan izləyirəm, sənətini çox sevirəm. Lakin Ş.Tovuzlunu dinləmərəm. Mənim onunla dostluğum olmayıb, çünki həyat tərzimiz bir deyil. Salam-sağolumuz olduğu müddətdə onu dinləməmişəm. Müğənnilərin də 90 faizi onu dinləmir. Musiqi savadı olanlar fərqli mahnıları, ifaları sevirlər. Onunla eyni tərzdə oxumuram".

Qeyd edək ki, V.Şərifova ilə Ş.Tovuzlu uzun müddətdir küsülüdürlər. Onlar iş adamı Famil Xəlilova görə, qalmaqal yaşayıblar. 

Milli.Az