Xaricdə aksiyalarda nümayiş etdirilən iriölçülü Azərbaycan bayrağı Cıdır düzündə - FOTO

28 İyul 2021 19:24

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərində səfərdə olan diaspor nümayəndələri əsrarəngiz Cıdır düzündə olublar.

Komitədən Milli.Az-a bildirilib ki, soydaşlarımız Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən Prezident, Ali Baş Komandan İlham Əliyevin söylədiyi "Əziz Şuşa, sən azadsan!" və Qarabağ Azərbaycandır!" şüarlarını təkrar-təkrar səsləndiriblər.

Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı nümayiş etdirilən iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandıran soydaşlarımız Azərbaycanın Dövlət Himnini ifa ediblər.

Milli.Az