41 yaşlı arvadını öldürdü - Qəribə səbəb

28 İyul 2021 19:06

Türkiyədə qadınlarla bağlı yaşanan cinayətlərə daha biri əlavə edilib. Ərinin telefonuna cavab verməyən qadını əri qətlə yetirib.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, 41 yaşlı Selma Ö. 56 yaşlı əri  Mehmet Ö. tərəfindən bıçaqlanaraq öldürülüb. DHA agentliyi xəbər verir ki, Mehmet Ö. mətbəxdən götürdüyü bıçaqla arvadına hücum edib. Selma O. xəstəxanada vəfat edib. Hadisədən sonra qaçan Mehmet Ö. evlərinə yaxın ərazidə polis tərəfindən tutulub.

Kamran Seyidov
Milli.Az