Gürcüstanda son sutkada 20 nəfər koronavirusdan ölüb

28 İyul 2021 13:32

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 141 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 410 830, ölənlərin sayı isə 5 751 nəfərə çatıb. Virusa yoluxanlardan 377 597 nəfərin sağaldığı bildirilir.

Milli.Az