"Elçin Hüseynov verilişimə gəlmişdi. Proqramdan sonra girdi otağıma 200 dollar hədiyyə etdi. Məndə çəkib qoydum İnstaqrama. Ona görə etdim ki, sabah verilişdə onu müzakirə etsəm, yazmasın, axı biz dostuq".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Ziq-zaq" proqramında deyib. O, aparıcı olduğu ərəfədə müğənnilərlə olan münasibətlərindən danışıb:
"Vəfa Şərifova isə bir dəfə 3 ədəd 200 manatlıq gətirib. Prodüser Dilbər gəldi ki, Vəfa deyir, eşitmişəm Tolik 200 manatlıqlar yığır, verin ona. Müğənnidən pul almaram, amma hədiyyə götürərəm. Müğənnidən pul alanda, dilin onun yanında qısa olur. Ona görə də çalışmışam pul almayım".
Milli.Az