Heydər Əliyev prospektində yenilik - VİDEO

28 İyul 2021 11:50

Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun "Bağırov" körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, sözügedən ərazidə qəzaların sayının çox olması nəzərə alınaraq belə bir təşəbbüs irəli sürülüb.

Milli.Az