Aslıhan virusa yoluxdu, çəkilişlər dayandı

28 İyul 2021 09:05

Türkiyəli aktyor Tolqahan Sayışmanın qurucusu olduğu "Han Medya" şirkətinin ilk ərsəyə gətirdiyi "Sınır" serialının çəkilişləri dayandırılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə ekran işinin baş rolunu canlandıran Aslıhan Karaların koronavirusa yoluxması olub. Çəkiliş həyyətindən daha 9 nəfərin də test nəticələri müsbət çıxıb.

Onlayn platformada yayımlanması planlaşdırılan serialın çəkilişlərinin nə vaxt başlayacağı isə hələlik bəlli deyil.

Milli.Az