Lənkəranda avtomobil qəzadan sonra yanıb

27 İyul 2021 22:18

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "VAZ-2107" ilə "Chevrolet" markalı avtomobillər toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Firudin Babayevə məxsus 10-RM-069 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil yaxınlıqdakı yüksək gərginlikli elektrik dirəyini aşırıb və nəticədə nəqliyyat vasitəsi alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az