Türkiyədə güclü yanğın baş verib

27 İyul 2021 15:50

Türkiyənin Qaziantep şəhərində gəmiqayırma anbarında yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın zamanı partlayış baş verib, qatı tüstü ətraf ərazini bürüyüb, ərazidəki bəzi evlər təhlükəsizlik məqsədilə boşaldılıb.

Yanğınsöndürənlərin cəhdlərinə baxmayaraq yanğın hələ davam edir.

Hadisə ilə əlaqədar ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

Milli.Az