Fərdanın verilişi bağlandı

27 İyul 2021 18:24

Aktyor Fərda Xudaverdiyevin ATV-də yayımlanan "10 qat şou" proqramının yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, artıq uzun müddətdir proqram efirə getmir. Sənət adamlarının övladları ilə qonaq olduğu veriliş həftənin cümə günü yayımlanırdı.

Fərda Axşam.az-a açıqlamasında bildirib ki, erkən mövsüm tətilinə çıxıb:

"Tətilə tez çıxmalı olduq. Film çəkilişlərim olduğu üçün 1 aydır veriliş yayımlanmır. Gələn mövsümdən qaldığımız yerdən davam edəcəyik".

Milli.Az