Gəncədə iki nəfəri ildırım vurub

27 İyul 2021 21:26

Gəncə şəhərində 2 nəfəri ildırım vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az