Samuxda kişi bıçaqlanıb

27 İyul 2021 21:24

Samuxda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Xəyal İlqar oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az