Ən populyar qəzetdə həbslər aparıldı

13 Fevral 2012 16:44
Britaniya polisi antikorrupsiya təhqiqatları çərçivəsində 8 nəfəri həbs edib ki, onların 5-i "The Sun" qəzetinin əməkdaşlarıdır.

Britaniyanın ən populyar qəzetinin jurnalistləri vəzifəli şəxsləri pulla ələ almaqda suçlanırlar.
Milli.Az CNN-ə istinadən bildirir ki, bu minvalla "News Corp."la bağlı təhqiqatlarda həbs edilənlərin sayı 40 nəfərə çatıb.

Tutulanlar arasında "The Sun"un baş redaktorunun müavini Ceff Uebster, fotoredaktor Con Edvards, reportyor xidmətinin rəhbəri Con Key, xarici jurnalistlər qrupunun rəhbəri Nik Parker və reportyor Con Sterces var. Jurnalistlərlə yanaşı Britaniya Müdafiə Nazirliyinin əməkdaşı, hərbçi və polis zabiti tutulub.

80 yaşlı Rupert Merdok isə "News of the World"dan fərqli olaraq, "The Sun"u bağlamaq niyyətində deyil.

Milli.Az