Məşqçinin qələbə sevinci sosial şəbəkələrdə sürətlə yayıldı - FOTO

27 İyul 2021 10:52

Avstraliyalı məşqçinin öz yetirməsi olan üzgüçü Ariarna Titmusun qələbəsinə sevinməsi ilə bağlı video sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər yayıb.

Kadrlarda emosiyalarını saxlaya bilməyən Din Boksallın tribunda əsl şou göstərməsi əks olunub.

Milli.Az