Bitkoinin qiyməti 40 min dolları keçib

27 İyul 2021 07:23

Bitkoinin dəyəri 16 iyun tarixindən bu yana ilk dəfə olaraq 40 min dolları keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, belə bir göstərici ticarət hesablamalarına dair məlumatlarda əks olunub.

Həcminə görə ən böyük kriptovalyuta birjası olan "Binance" birjasında bitkoin Bakı vaxtı ilə saat 23:10-da 17,2% artaraq 40,2 min dollara qədər bahalaşıb.

Milli.Az