İlk dəfə iranlı qadın futbol oyununda hakimlik edəcək

26 İyul 2021 22:35

İlk dəfə olaraq iranlı qadın hakim Tokio olimpiadasında kişilərdən ibarət futbol komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Pəriya Şəhriyari adlı qadın hakim bu günə kimi beynəlxalq yarışlarda yalnız qadınlardan ibarət komandaların oyunlarını idarə edib.

Tokio olimpiadasında isə P.Şəhriyari Fransa-Cənubi Afrika futbol komandaları arasındakı görüşü idarə edəcək. Bundan sonra iranlı qadın hakim Yaponiya-Meksika görüşünə də hakimlik edəcək.

Milli.Az