Müdafiə Nazirliyi məlumat yaydı

26 İyul 2021 17:12

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, Əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb.

Milli.Az