Göygöldə birmərtəbəli ev yanıb

27 İyul 2021 23:54

Göygöl rayonunun Üçtəpə kəndində ümumi sahəsi 60 m² olan kürsülü birmərtəbəli evin və mətbəxinin taxtadan ibarət giriş qapıları, evə bitişik ümumi sahəsi 3 m² olan talvar və talvarın altında 1 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az