Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb

26 İyul 2021 17:38

Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublikanın avtomobil yollarında baş verən qəzalarla bağlı məlumat yayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, dünən respublikanın avtomobil yollarında baş verən 3 ağır yol qəzasında 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Milli.Az