Dörd milyarda yaxın telefon nömrəsi satışa çıxarılıb: Siyahıda sizin də nömrəniz ola bilər

27 İyul 2021 23:40

Daha bir sosial şəbəkə hakerlərin hücumuna məruz qalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu dəfə kibercinayətkarların hədəfi "Clubhouse" olub. Lakin hakerlər sosial şəbəkə istifadəçilərinin nömrələrilə yanaşı, həmin nömrələrin yaddaşında olan kontaktları da ələ keçiriblər.

Beləliklə də, 4 milyarda yaxın telefon nömrəsi oğurlanaraq satışa çıxarılıb.

Müvafiq satış elanı tematik platformaların birində yerləşdirilib. Hakerlər sübut üçün 83 milyon telefon nömrəsini dərc ediblər.

Milli.Az