Azərbaycanın Türkiyədəki yeni səfiri kimdir? - DOSYE

26 İyul 2021 14:08

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov bu gün Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli.Az xəbər verir ki, R.Məmmədov buna qədər Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri idi.

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

Təhsili

1990-1995 - Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002-2004 - G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib.

2017-2020 - Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

Əmək fəaliyyəti

1990-1992 - Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.

1992-1994 - Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.

1995-1996 - Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub

1996-2000 - Bakı Hərbi Prokurorunun köməkçisi

2000-2001 - Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe

2001-2006 - Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib.

2006-2008 - Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri

2008-2010 - Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib.

2010 - Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir.

2010-2015 - Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur.

2015-2021 - Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri.

Milli.Az