Koronavirusdan qardaşını itirən müğənninin ürək parçalayan halı - FOTO

26 İyul 2021 15:20

Koronavirus səbəbindən qardaşını itirən müğənni Alişan son durumu ilə ürək parçalayıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, hər gün qardaşının məzarına gedib namaz qılan Alişan o gündən bəri qardaşını tək qoymayıb. Müğənni Alişanın qardaşı və meneceri 41 yaşlı Selçuk Tektaş bu yaxınlarda müalicə aldığı xəstəxanada ölüb.

"Mənim indi 4 uşağım var" instaqram hesabında qardaşının şəklini paylaşan Alişan, "qardaşım, bizi yetim qoymusan, mənim qardaşım, sevincim, dostum, sirdaşım, hər şeyim idin. İndi sənsiz nə edəcəm? İndi 4 övladım var. Rahat yatarsan - Eyşan, Ceylan, Merve mənə əmanətdir. Səni çox sevirəm qardaşım. Yaşadığım müddətdə məni qürurlandırdığın üçün hər anına görə təşəkkür edirəm. Mənəviyyatını daima yaşadacağam Səlçuqum. Səni çox sevirəm, Allah yerini cənnət etsin inşallah."

Kamran Seyidov
Milli.Az