Bakıda dustaq məhkəmədən qaçdı

26 İyul 2021 12:02

Bakıda dustaq məhkəmədən qaçıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.

1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib.

O, prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və nəzarətsiz qalmasından istifadə edərək qaçıb.

Milli.Az