Co Bayden İraqın Baş naziri ilə görüşəcək

26 İyul 2021 13:14

ABŞ Prezidenti Co Bayden İraqın Baş naziri Mustafa Al-Kazımi ilə görüşəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

İraq Baş nazirinin ABŞ-a səfəri çərçivəsində Ağ Evdə baş tutacaq görüşdə Dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Qeyd edək ki, "Associated Press" agentliyinin məlumatına görə, görüşdə ABŞ ordusunun İraqdan tamamilə çıxarılması məsələsi müzakirə olunacaq.

Milli.Az