İdmançımız Tokio-2020-də mübarizəni dayandırdı

26 İyul 2021 12:08

Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, idmançı 5 raunddun ardından 116 xal toplayıb. Cəfərov təsnifat mərhələsini 30 idmançı arasında 26-cı sırada bitirib.

İlk 6 yerin sahibi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi isə olimpiada ilə vidalaşıb.

Milli.Az