Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "Papanin körpüsü" kimi tanınan ərazidə baş verib.
"Opel" markalı avtomobil körpünün üzərində qəfil "Lada" markalı avtomobilin qarşısına çıxıb. İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Abışov Mətn Məhəmməd oğlu, 1974-cü il təvəllüdlü Cabbarov Asəf Nadir Oğlu və 1994-cü il təvəllüdlü İbrahimov Ramil Rauf ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Milli.Az