Gəncədə 66 yaşlı kişi bıçaqlanıb

25 İyul 2021 23:54

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü şəhər sakini Arif Vəliyev bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, o, avtomobili sürətlə sürdüyü üçün tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Xəstənin yarası tikilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az