Şahmat üzrə Dünya kuboku: Vasif Durarbəyli heç-heçə edib

25 İyul 2021 23:39

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb.

Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Milli.Az