Gəncədə taksi sürücüsü bıçaqlanıb

25 İyul 2021 23:11

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan, 1978-ci il təvəllüdlü Həsənov Tariyel Valeh oğlu restoranın qarşısında bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az