Qadınlar arasında Olimpiadada iştirak sayı üzrə dünya rekordçusu karyerasını başa vurdu

25 İyul 2021 21:51

Tapanca atıcılığı üzrə Olimpiya çempionu Nino Salukvadze idmançı karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 52 yaşlı gürcü atıcı pnevmatik tapancadan atəş üzrə təsnifat yarışlarında uğursuz çıxışından sonra bu qərara gəlib.

Salukvadze bundan sonra məşqçi kimi karyerasını davam etdirə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Gürcüstan təmsilçisi qadınlar arasında Olimpiadalarda ən çox iştirak edən idmançıdır. O, indiyədək 9 analoji turnirə qatılıb və 1988-ci ildə Olimpiya çempionu adını qazanıb.

Milli.Az