Fransada 71 etirazçı saxlanılıb

25 İyul 2021 20:40

Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyan yeni məhdudiyyətlərə qarşı ötən gün keçirilən etiraz aksiyasının 71 iştirakçısı saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, yalnız Parisdə 24 etirazçı saxlanılıb, onlardan 21 nəfəri həbs edilib.

Bildirilir ki, etiraz aksiyası zamanı 27 polis və 2 jandarma əməkdaşı xəsarət alıb, etirazçılar arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gün keçirilən etiraz aksiyalarında ümumilikdə 161 min, o cümlədən Parisdə 11 min nəfər iştirak edib. Etirazçılar və polis əməkdaşları arasında toqquşmalar əsasən Lion, Nanat və Tuluza şəhərlərində baş verib.

Milli.Az