"Səbail" Gürcüstan klubu ilə heç-heçə etdi

25 İyul 2021 20:35

Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" bu gün yoxlama görüşü keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "dənizçilər" yerli "Şevardeni" klubu ilə qarşılaşıb.  Matç 1:1 hesabı ilə başa çatıb. Bakl təmsilçisinin bərabərlik qolunu 78-ci dəqiqədə Rauf Əliyev vurub.

Xatırladaq ki, "Səbail" Bakıdakı toplanışda "Keşlə"(1:1), "Qarabağ"-2 (0:0), "Qəbələ"(2:3) ilə yoxlama görüşləri keçirib. Komandanın Gürcüstan toplanışındakı növbəti rəqibləri hələlik açıqlanmayıb.

25 iyul

"Şevardeni" (Gürcüstan) - "Səbail" - 1:1

Milli.Az