İlinə 7 milyon avro qazanacaq

25 İyul 2021 20:32

PSJ-nin qapıçısı Canluici Donnarummanın yeni klubundakı maaşı müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper Paris təmsilçisində vergiləri çıxmaq şərti ilə ilinə 7 milyon avro qazanacaq.

Qeyd edək ki, Donnarummanın sabiq klubu "Milan"dakı maaş isə illik 6 milyon avro idi.

Xatırladaq ki, italiyalı qapıçı PSJ ilə 5 illik müqavilə imzalayıb.

Milli.Az