"Kəpəz" Yaşar Vahabzadə ilə bağlı qərarı açıqladı

25 İyul 2021 20:29

Azərbaycan birinci divizion təmsilçisi "Kəpəz"i yeni mövsümdə də Yaşar Vahabzadə çalışdıracaq.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsümün sonunda əldə olunan razılığa əsasən təcrübə məşqçi ilə yeni bir illik müqavilə imzalanıb.

Vahabzadənin köməkçiləri - Nadir Şükürov, Vidadi Rzayev və Əli İsmayılov ilə də anlaşma yenilənib.

Milli.Az