Daşkəsəndə toy yasa döndü - Qonağı öldürdülər

25 İyul 2021 18:14

Daşkəsən rayonunda toy mərasimində qətl törədilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Alaxançallı kəndində baş verib.

Kəndin köhnə və istifadə olunmayan stadionunda toy təşkil edilib.

Toyda baş verən münaqişə zamanı qonaqlardan biri - 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs oradan qaçıb və hazırda onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az