Dəfn üçün xanımının gəlməsini gözlədilər - FOTO

25 İyul 2021 16:50

Mərhum Xalq artisti Səməd Səmədovun cənazəsi bu dəqiqələrdə ailəsinə təhvil verilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dəfnin gecikməsinə səbəb ifaçının həyat yoldaşı İradə xanım olub. Belə ki, mərhumun həyat yoldaşı bir neçə gündür Türkiyəyə yollanıb.

Həyat yoldaşının ölüm xəbərini eşidən İradə xanım bir neçə saat əvvəl Bakıya qayıdıb. O, hazırda qəbiristanlığa yollanıb.

Qeyd edək ki, S.Səmədov Yasamal qəbiristanlığında dəfn ediləcək. Müğənni bir neçə gün əvvəl koronavirusa yoluxub və dünən xəstəxanada dünyasını dəyişib.

Milli.Az