54 yaşlı kişinin mənzildən meyiti tapıldı

25 İyul 2021 14:04

Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən(FHN) APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Ağayev Elşən Həmzəxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az