Aygün Mirzəyevanın qətlinə aid edilən hotel VİDEOsuna DİN-dən reaksiya - FOTO

25 İyul 2021 16:24

16:24

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan video haqda açıqlama yayıb. 

DİN Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov qafqazinfoya açıqlamasında bildirib ki, görüntülər DİN tərəfindən araşdırılıb:

"Məlum olub ki, hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub".

--------

12:57

İyulun 17-də paytaxtın Nizami rayonunda yerləşən otellərin birində Aygün Mirzəyevanın qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik.

Milli.Az xəbər verir ki, Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib. Həmin şəxs artıq həbs olunub.

Ötən gün sosial şəbəkələrdə yayılan videonun müğənninin qətli ilə bağlı olduğu iddia olunur. Kadrlarda cinsi əlaqədə olan şəxslərin intim münasibət zamanı başqasına tutulması və həmin adamın onlara bıçaqla hücum edərək qadını öldürməsi əks olunub. Görüntülər otel otağındakı kameraya düşüb.

Lakin, görüntülərin başqa ölkədə çəkilməsinə dair də iddialar var.

Milli.Az