Dəhşətli kadrlar: Qurban kəsmək istəyən gənc özü "qurban" getdi - VİDEO

25 İyul 2021 14:24

Türkiyədə qurban kəsmək istəyən gənclə bağlı verilən acı xəbər bütün ölkəni sarsıdıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, Ankarada Qurban bayramının ilk günündə qaçan qurbanlığı axtarmaq üçün yola çıxan gəncin özü də yoxa çıxıb.

Yaxınlıqda olan güvənlik kameralarına həmin şəxsin görüntüləri yazılıb. Belə ki, qurbanlığı axtaran gənc bir müddət sonra, yolun sonunda görüntülərdən itib.

Jandarma və təhlükəsizlik qüvvələrinin uzun sürən axtarışından sonra 19 yaşlı gəncin cansız bədəni görüntülərdə əks olunan əraziyə yaxın bölgədə tapılıb.

Onun hansı şəraitdə həlak olması ilə bağlı hələlik heç bir məlumat verilmir.

Milli.Az