Bir sutkada 175 "Taliban" üzvü zərərsizləşdirildi

25 İyul 2021 12:50

Əfqanıstanın təhlükəsizlik qüvvələri və ordusu ötən sutka ərzində "Taliban" radikal hərəkatına qarşı xüsusi əməliyyatlar keçiriblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, xüsusi əməliyyatlar ölkənin Nəngərhar, Pəktika, Lövgər, Qəzni, Qəndəhar, Herat, Bəlx, Cövzcan, Səməngan, Səri-Pul, Hilmənd, Bədəxşan, Kündüz və Bəğlan əyalətlərində keçirilib.

Bildirilir ki, xüsusi əməliyyatlar zamanı 175 "Taliban" üzvü məhv edilib, 84 silahlı isə yaralanıb.

Milli.Az