"Camdaki kız"ın aktyoru sevgilisi ilə "tutuldu" - FOTO

25 İyul 2021 12:10

Aktyor Feyyaz Şerifoğlu həmkarı Semiha Bezek ilə Alaçatıda məkanların birində səmimi şəkildə görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecə dostları ilə birlikdə əylənən cütlük mahnı sədaları altında rəqs edib. Fotoları yayılan cütlüyün arasında eşq yaşandığı iddia olunub.

Cütlük bu barədə hələlik açıqlama verməyib.

Qeyd edək ki, Feyyaz Şerifoğlu "Camdaki kız" serialında Sedat obrazını canlandırır.

Milli.Az