"Ronaldo bizimlə qalacaq"

25 İyul 2021 12:37

"Yuventus"un vitse-prezidenti Pavel Nedved komandanın futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun Turin təmsilçisində qalacağını deyib: "Kriştiano bazar ertəsi günü klubun bazasına qayıdır. O, bizimlə qalacaq".

Qeyd edək ki, Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin iyunu başa çatır.

Milli.Az