Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

25 İyul 2021 10:48

Rusiyada iyulun 19-da radarlardan itən "An-2" tipli təyyarənin qalıqları tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, turist qrupu təyyarənin qalıqlarını Buryatinin Okinsk rayonunda dağlıq ərazidə aşkarlayıblar.

Hadisə yerinə xilasedicilər göndərilib. Ancaq xilasedicilər pis hava şəraitinə görə hələ hadisə yerinə yaxınlaşa bilmirlər.

Qeyd edək ki, göyərtəsində 6 nəfərin olduğu "Feniks" aviaşirkətinə məxsus təyyarə iyulun 19-da radarlardan itib.

Milli.Az